Siyasət

Rusiya Dövlət Duması Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünü müsbət dəyərləndirib

03-11-2011 | 11:02        

  

Rusiya Dövlət Dumasının üzvləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv qəbul olunmasını region üçün müsbət hal kimi dəyərləndiriblər. Parlamentarilər Azərbaycanın BMT-dəki yeni statusunun Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyini vurğulayıblar.

BMT-nin Azərbaycana göstərdiyi etimad ilk növbədə Azərbaycanın son illər qazandığı uğurlara beynəlxalq təşkilat tərəfindən verilən dəyərdir. Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri, deputat Aleksey Ostrovski deyib. Onun sözlərinə görə, bu uğur Azərbaycanın nüfuzlu təşkilatda statusunun dəyişməsinə səbəb olub. Azərbaycanın, xüsusilə prezident İlham Əliyevin müstəqil mövqeyinə şəxsən rəğbət bəslədiyini  bildirən komitə sədri bu uğuru  Azərbaycan prezidentinin apardığı uğurlu xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib. Rusiya Dövlət Dumasının deputatları Anatoliy Lokot, Vladimir Kolesnikov isə bildiriblər ki, ölkələrinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi  üzvlüyünə namizədliyini dəstəkləməsi olduqca vacib siyasi addımdır. Onlar Rusiya və Azərbaycanın strateji əməkdaşlığa malik dövlətlər olduğunu söyləyərək qeyd ediblər ki,  Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanda müşahidə edilən müsbət dəyişikliklərə dünya ictimaiyyətinin verdiyi qiymətdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR