Siyasət

ATƏT-in baş katibi: Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir

03-11-2011 | 11:00        

  

Dağlıq Qarabağ münaqişəsinin ən tez zamanda həllinə nail olmaq üçün Beynəlxalq təşkilatlarla yanaşı, bir sıra dövlətlər də əməli tədbirlər görməlidir. Bunu ATƏT-in baş katibi Lamberto Zannyer Türkiyənin “Today´s Zaman” qəzetinə verdiyi müsahibəsində deyib.

ATƏT-in baş katibi Lamberto Zannyerin Türkiyə mətbuatına verdiyi müsahibə ötən əsrin 90-cı illərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, etnik ermənilərin də məskunlaşdığı Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi faktının xatırlanması ilə başlayır. ATƏT-in baş katibi isə “Today´s Zaman” qəzetinə verdiyi açıqlamasında bildirib ki, işğal nəticəsində xeyli sayda tarixi abidlər dağıdılıb, Azərbaycana küllü miqdarda ziyan dəyib. Məsələnin beynəlxalq hüquq və prinsiplər çərçivəsində həllinin vacibliyini önə çəkən qurumun baş katibi əlavə edib ki, münaqişənin tez bir zamanda həlli həm də regionda sülh və sabitliyi təmin edəcək. ATƏT-in Minsk qrupunun rəhbərliyi altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlara da toxunan Lamberto Zannyer  etiraf edib ki, bu prosesdə dinamika çatışmır. Türkiyənin münaqişənin nizamlanmasında oynaya biləcəyi rola diqqət çəkən baş katibin sözlərinə görə, bu məsələnin həlli istiqamətində atılan addımlar daha da gücləndirilməlidir. Türkiyə Azərbaycan və Ermənistan ilə həmsərhəd olan dövlət kimi real təsir imkanlarına, eləcə də tərəflər arasında dialoqun inkişaf etdirilməsində şərait formalaşdırmaq gücünə malikdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (06.12.2016) :
Qar Gecə : 1+3 | Gündüz: +3+5
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.733 | Satış: 1.803

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.784 | Satış: 1.9029
AzTV TƏQDİM EDİR