İqtisadiyyat

Qara Dəniz hövzəsi ölkələrinin gəmi sahibkarları beynəlxalq assosiasiya şurasının 15-ci iclası keçirilib

02-11-2011 | 17:43        

  

Bakıda Qara Dəniz hövzəsi ölkələrinin  gəmi sahibkarları beynəlxalq  Assosiasiya Şurasının 15-ci iclası keçirilib. Toplantıda 6 ölkənin 10-dan çox gəmiçilik təşkilatları və gəmi sahibkarları təmsil olunub. Beynəlxalq Assosiasiya Şurasının üzvləri öncə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı üstünə əklil qoyublar, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsini hörmətlə yad edilib. Yaxt Klubda keçirilən Şuranın 15-ci iclasını açan Assosiasiyanın sədri Aydın Bəşirov son illər ölkəmizin həyatında baş verən müsbət dəyişiliklərdən, ölkə başçısının Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. İclasda ötən dövrdə görülən işlər ətraflı müzakirə olunub. Beynəlxalq dəniz  və iqtisadi əməkdaşlıq Təşkilatları ilə yaradılan əməkdaşlığın müsbət nəticələr verdiyini qeyd ediblər. Bildirilib ki,  şuranın icra orqanlarında müxtəlif dəniz təşkilatları tərəfindən hazırlanan  Qara dəniz hövzəsində liman, gəmiqayırma, gəmitəmiri, eləcə də dəniz nəqliyyatına inteqrasiya olunan dəniz siyasəti ilə bağlı tövsiyələr planına baxılır və müzakirə olunur. Şura iclasının sonunda əməkdaşlığa dair Komunike imzalanıb.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR