Rəsmi xronika

Prezident İlham Əliyev Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri L.Baranaonu qəbul edib

02-11-2011 | 16:40        

  

Prezident İlham Əliyev noyabrın 2-də Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Argentina arasında fəal əməkdaşlığın yaradıldığını vurğulayıb. Latın Amerikası ölkələrindən ilk dəfə Argentina Respublikasında Azərbaycan Respublikası səfirliyinin açıldığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrimiz bir-birlərinin imkanlarından istifadə etməlidir. Lino Baranaonun Argentina Respublikasından Azərbaycana səfər edən ilk nazir olduğunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Nazir Lino Baranao Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə böyük iqtisadi inkişafın şahidi olduğunu deyib. Azərbaycanın strateji bir mövqedə yerləşdiyini vurğulayan nazir ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələri qurmağa böyük önəm verdiyini bildirib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR