Cəmiyyət

Azərbaycan dövləti dünyanın hər yerində öz vətəndaşlarının qayğısına qalmağa qadirdir

02-11-2011 | 15:53        

  

“Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxacağını bilirdim və bu belə də oldu. Prezidentimiz İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm”. Bu sözləri Türkiyənin Van bölgəsində baş verən zəlzələ nəticəsində ağır yaralanan azərbaycanlı Vüsalə Çalışkan deyib.

 Türkiyə vətəndaşı ilə ailə quraraq Van şəhərində yaşayan Vüsalə Çalışkan oktyabrın 23-də bu bölgədə zəlzələ baş verdiyi zaman 6 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilində olub. 20 yaşlı Vüsalə Çalışkan yeraltı təkanlardan 5 saat sonra təbii fəlakət nəticəsində çökən binanın dağıntıları altından çıxarılıb. Nəticədə sol qolunu itirib. Həkimlər onun həyatının xilas edilməsi üçün bu çətin qərarı qəbul etmək məcburiyyətində qalıblar. Vüsalənin sağ əlində və ayağında qırıqlar var. Ankarada müalicəsi davam edən Vüsalə Çalışkanla bağlı Azərbaycan Televiziyasının “Xəbərlər” buraxılışında videosüjetin efirə getməsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva zərərçəkənə yardım göstərilməsi haqqında göstəriş veriblər. Hazırda Ankarada müalicəsi davam edən zərərçəkən və onun ailəsi Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını Azərbaycan Televiziyası vasitəsi ilə bildiriblər.

Heydər Əliyev Fondunun Türkiyədəki nümayəndəliyindən bildirilib ki, Vüsalə Çalışkanın müalicəsinin davamı və protezlə təmin edilməsi ilə bağlı məsələlər Fondun diqqət mərkəzində saxlanılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR