Siyasət

Türkiyənin ədliyyə naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir

02-11-2011 | 14:29        

  

Türkiyənin Ədliyyə Naziri Sadullah Erginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Türkiyəli qonaqlar Ali Məhkəmədə görüş keçiriblər.

Ölkəmizə səfərdə olan Türkiyənin Ədliyyə Naziri Sadullah Erginin  rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.  Görkəmli  oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olunub  Qonaqlar vətənimizin azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın məzarlarını da ziyarət etdilər.  “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sadullah Ergin türk əsgərlərinin şərəfinə ucaldılan abidəni də ziyarət edib.

Sonra Türkiyənin Ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub. Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf etdiyini, beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulayıb. Ramiz Rzayev qonağa son illər ölkəmizdə məhkəmə hüquq sistemi sahəsində həyata keçirilən islahatlar barədə də məlumat verib. Vurğulayıb ki, Azərbaycanda yeni hakim vəzifəsində çalışanlar bir ay müddətində  Türkiyə Hüquq Akademiyasında təvcrübə qazanırlar. Türkiyənin Ədliyyə naziri Sadullah Ergin isə vurğulayıb ki, Azərbaycana səfəri iki ölkənin ədliyyə və məhkəmə sistemləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək. Sonda Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış oldular. Məhkəmə Tarix muzeyində Azərbaycan məhkəmə sisteminin keçdiyi dövrü əks etdirən fotolara baxıblar.