İqtisadiyyat

Azərbaycanın növbəti ixrac missiyası Çində təşkil olunacaq

28-08-2018 | 10:29        

  

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası avqustun 29-dan sentyabrın 3-dək Çinin Urumçi şəhərinə təşkil olunacaq. İxrac missiyasına müsabiqə əsasında seçilən, qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 şirkət daxildir. Məhsullarımız Urumçidə keçiriləcək “Çin-Avrasiya” sərgisində də nümayiş olunacaq. Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi və ixrac məsələlərinin müzakirəsi də nəzərdə tutulur.