Cəmiyyət

Xəzər-Avropa maliyyə klubunun üzvləri ilə MM-in İqtisadi Siyasət komitəsinin sədri Z.Səmədzadənin görüşü keçirilib

28-01-2011 | 15:19        

  

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə qurumun nəzdində fəaliyyət göstərən Xəzər-Avropa Maliyyə Klubunun üzvləri ilə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin görüşü keçirilib. Görüşdə sahibkarlığın və biznes mühitinin inkişafı, bu sahədə qanunvericilik bazasının hazırki vəziyyəti əsas müzakirə obyekti olub. 

Dövlət qurumları və maliyyə təsisatlarının, beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin təmsilçilərinin iştirak etdiyi görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı perspektivləri müzakirə olunub. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə sahibkarlığın və biznes mühitinin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirib. Bu baxımdan qanunverici bazanın təkmilləşdirilməsinin hər zaman mühüm əhəmiyyət kəsb etdiyini, yeni qanunların işlənib hazırlandığını deyib. Son illər ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasətdən, Azərbaycanın Avropanın iqtisadi məkanına inteqrasiyasından, ölkə və regional əhəmiyyətli irimiqyaslı layihələrin rolundan danışıb. Görüşdə maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərinin təkliflərin dinlənildi, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.