Siyasət

Türkiyənin ədliyyə naziri Milli Məclisin sədri ilə görüşüb

02-11-2011 | 13:53        

  

Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

 Milli Məclisin sədri Oqtay Əsədov qonaqları salamlayaraq bu səfərin ölkələrimizin ədliyyə sahəsində əməkdaşlığının inkişafına töhfə verəcəyini deyib. Türkiyənin ədliyyə naziri Sadullah Ergin dövlətimiz müstəqilliyinin 20-ci ildönümü və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması münasibəti ilə təbrik edib. Eyni zamanda Vanda baş verən təbii fəlakətlə əlaqədar Azərbaycanın göstərdiyi diqqət və yardıma görə təşəkkürünü bildirərək, biz həm yaxşı, həm də pis gündə bir yerdəyik deyib. Qeyd edib ki, Azərbaycanla Türkiyənin münasibətləri bütün dünya üçün bir örnəkdir. O, ölkələrimizin yerləşdikləri regionlardakı mühüm rolundan danışıb.  

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR