İqtisadiyyat

“Made in Azerbaijan” brendli şərab məhsulları xarici ölkələrdə uğurla tanıdılır

24-08-2018 | 13:23        

  

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin ilk yeddi ayında ölkədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında isə 9 faiz artım müşahidə olunub. Şərab məhsullarının istehsalında brend konyak istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4 faiz, alkoqolsuz içkilərin istehsalı isə 20 faiz artıb. Ümumiyyətlə, beynəlxalq bazarlarda Azərbaycan şərablarına maraq artmaqdadır. Xarici ölkələrdə Made in Azerbaycan brendli şərab məhsulları uğurla tanıdılır. Bunun nəticəsidir ki, yaxın vaxtlarda Şanxayda Azərbaycan Şərab Evinin açılması da planlaşdırılır. Azərbaycan Şərab Evin Çinin Şanxay şəhərində keçiriləcək Beynəlxalq İdxal Sərgisi günlərində fəaliyyətə başlayacaq. Sərgidə, həmçinin “Made in Azerbaijan” brendli məhsullar nümayiş olunacaq. Sərgi çərçivəsində Azərbaycanın logistika, turizm və investisiya potensialı da təqdim ediləcək.