Digər

İordaniyanın "Əl-Anbat" qəzetı Bakı şəhərindən yazır

20-08-2018 | 11:32        

  

Bakı tarixi binaları, möhtəşəm  sarayları və mədəni müxtəlifliyi ilə əsrarəngiz memarlıq möcüzəsidir. Şəhər  özünün unikal tarixi-memarlıq abidələri,  gözəl parkları, “rəqs edən” musiqili  fəvvarələrilə ilboyu minlərlə turisti cəlb edir. Bu fikirlər İordaniyanın "Əl-Anbat" qəzetində yer alıb. Müəllif yazıb k, Bakıda gəzinti zamanı buradakı parklar, onları bəzəyən heykəllər şəhərə xüsusi yaraşıq verir. Yazıda o da qeyd olunur ki, şəhərdəki çoxlu sayda mühafizə olunan bağlar, parklar sırasında  ən maraqlısı Dağüstü park və  Zabitlər bağıdır. Şəhərdə turistlərin axın etdiyi əsas məkanlardan biri isə  Bakı Zooparkıdır ki, qonaqlar burada maraqlı heyvanlarla tanış ola bilirlər. Məqalədə vurğulanır ki, şəhərdə  qonaqları cəlb edən muzeylər də az deyil.  Bakıda axşam saatlarını maraqlı keçirmək üçün ən yaxşı vasitə Bulvar boyu gəzişməkdir. Söhbət Xəzər dənizinin sahili boyu uzanan parkdan gedir. Bu məkan xüsusilə yay axşamlarında insanla dolu olur. Burada hər yanda gəzişən ailələri, söhbətləşən dostları, oynayan, əylənən uşaqları görmək mümkündür. Burada uşaqlar üçün də maraqlı əyləncə vasitələri var. “Şeytan çarxı adlanan dənizin sahilində qurulmuş attraksion qonaqlara məşhur şəhərin ən gözəl yerlərinə, turizm məkanlarına açılan füsunkar mənzərədən zövq almaq imkanı verir. Milli mətbəxi ilə də seçilən bu şəhər turistərə bir-birindən dadlı təamlar da təklif edir. Odur ki, maraqlı istirahət etmək istəyən hər kəs Bakının qonağı ola bilər.