İqtisadiyyat

Özünüməşğulluq proqramının icrası davam etdirilir

20-08-2018 | 10:26        

  

Dövlət başçısının müvafiq sərəncamının icrasına uyğun olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə  təminatı işləri davam etdirilir. Əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan layihə hazırda 76 şəhər və rayonu əhatə edir. Proqramın icrasının başladığı gündən indiyənədək 1173 nəfər işsiz və işaxtaran şəxs özünəməşğulluq proqramına cəlb olunub və artıq onların hər birinə fərdi təsərrüfatlarını, özlərinin və ailə üzvlərinin məşğulluqlarını qurmaları üçün aktivlər  alınıb. Verilən aktivlər hesabına yaradılan təsərrüfatların 84 faizi aqrar, qalan hissəsi xidmət və istehsal sahələrinə aiddir. Layihə çərçivəsində cari ilin əvvəlindən 5500 nəfərə yaxın vətəndaş növbəti təlimlərə cəlb olunub.