Cəmiyyət

Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün ayrılan yerlərin ünvanları açıqlanıb

20-08-2018 | 10:25        

  

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb. Artıq  Bakı şəhərində və Abşeron rayonunda 33 yer müəyyənləşdirilib. Bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə Bakının küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra Hakimiyyətləri tərəfindən təşkil olunan müvəqqəti kəsim yerlərində həyata keçirmək tövsiyə olunur.