Cəmiyyət

Avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb

17-08-2018 | 10:27        

  

Avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verililən məlumata görə Qurban bayramı ilə əlaqədar avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini tam həyata keçirib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.