Siyasət

Ermənistan hakimiyyətinin apardığı siyasət daima belə uğursuz nəticələr verəcək

02-11-2011 | 12:36        

  

 

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin acı nəticələrini görəcəyik.  Bu fikirləri Ermənistan parlamentinin Daşnaktsutyun fraksiyasının rəhbəri Vahan Ovanisyan səsləndirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin apardığı siyasət daima belə uğursuz nəticələr verəcək.  Ovanisyan vurğulayıb ki, Azərbaycan Təhlükəsizlik Şurasında veto hüququna malik olmasa da, təşkilatın gündəliyini formalaşdırmaq hüququna malikdir. Təbii ki, Bakı bundan istifadə edəcək. O bildirib ki, Azərbaycanın Ali Qurumun TŞ-na qeyri-daimi üzv qəbul olunmasının qarşısını almaq üçün Ermənistan gərək öz namizədliyini daha da fəal irəli sürəydi. Seçkilərdə rəsmi Bakının ən yüksək səs toplaması bu ölkənin balanslaşdırılmış xarici siyasətini bir daha təsdiq edib.