Siyasət

“John Batchelor Show”nun növbəti buraxılışı Gəncəyə həsr olunub

17-08-2018 | 09:57        

  

Amerika Birləşmiş Ştatlarının geniş dinləyici auditoriyasına malik məşhur “Con Batçelor Şou”nun radioverilişinin növbəti buraxılışı Azərbaycanın Gəncə şəhərinə həsr olunub.

ABŞ-ın geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou”  radioverilişinin aparıcısı Con Batçelor Gəncənin tarixinə nəzər salaraq dinləyicilərə şəhərin sürətli inkişafı barədə geniş məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın bütün şəhərləri, o cümlədən Gəncə inkişaf edir. Verilişdə Nizami yurdu olan qədim Gəncənin parkları, xiyabanları, muzeyləri barədə dinləyicilərə məlumat verilib.  Deyilənlərin canlı şahidi olmaq üçün, əlbəttə ki, Azərbaycana, Gəncəyə səfər etmək lazımdır, deyən amerikalı aparıcı burada kənd təsərrüfatının da inkişaf etdiyini deyib, insanların həvəslə əkinçiliklə məşğul olmalarını yüksək qiymətləndirib. Vurğulanıb ki, dövlət başçısının tapşırığı ilə ölkədə qeyri-neft sektoru inkişaf etdirilir, o cümlədən aqrar və turizm sahələrində böyük uğurlar əldə olunub. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bundan ibarətdir ki, hər bir vətəndaşın güzəranı yaxşı olsun. Görülən bütün işlər də bu istiqamətdədir. Verilişdə bu yaxınlarda Gəncədə törədilən təxribatlara da toxunulub. Təəssüflə qeyd olunub ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən istifadə etməyə cəhd göstərirlər.