Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyinin ixrac məhsullarına verdiyi keyfiyyət sertifikatları 100-dən çox ölkədə tanınır

17-08-2018 | 08:38        

  

Qida Təhlükəsizliyi Agentliyi ixrac edilən kənd təssərrüfatı və qida məhsullarının keyfiyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Görülən işlər ölkədə istehsal olunan məhsuların həm ixrac coğrafiyasının genişləndirilməsi, həm də idxalçı ölkələrin bazarlarına daha rahat və sərbəst girişinə təminat verir.

Qida Təhlükəsizliyi Agentliyinin ixrac məhsullarına verdiyi keyfiyyət sertifikatları 100-dən çox ölkə tərəfindən tanınıb. Bu, Agentliyin kənd təssərrüfatı və qida məhsullarının keyfiyyətinin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər sayəsində baş tutub. Bundan başqa, artıq keyfiyyət və təhlükəsizlik normalarının da Avropa İttifaqı və Dünya Ticarər Təşkilatının tələblərinə uyğun olaraq yenilənməsi prosesinə başlanılıb. Agentlik Tərəfindən Qurban Bayramı günlərində heyvan kəsiminin dini ayinlərə və sanitar-gigiyenik normalara uyğun şəraitdə təşkil olunması istiqamətində də müvafiq tədbirlər görülür. Bununla bağlı lazımi şəraitin yaradılması üçün Agentliyin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə yerlərdə monitorinqlər keçirib və müvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ünvanlar müəyyənləşdirilib. Bu məqsədlə paytaxt Bakıda 9 kəsim məntəqəsi fəaliyyət göstərəcək.

Qurban bayramında heyvan kəsiminin normalara uyğun şəraitdə təşkil olunması, hər il küçə və yol kənarlarında baş verən antisanitar vəziyyətin təkrar olunmaması üçün Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təssərrüfatı Nazirliyi və yerli icra hakiməyyəti orqanları ilə birgə, Daxili İşlər Nazirliyinin strukturlarının dəstəyi ilə işçi qruplar yaradılıb.