İqtisadiyyat

Qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb

14-08-2018 | 15:44        

  

Yanvar-iyul aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, sənaye məhsullarının 22,1 faizi emal sektorunda istehsal edilib.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3, elektrik avadanlıqlarının istehsalı 3, tütün məmulatlarının istehsalı 2,9, poliqrafiya məhsullarının istehsalı 2,7, mebel istehsalı isə 2,1 dəfə  çoxalıb.

Toxuculuq sənayesi məhsullarının istehsalı 64,2, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 54,4, tikinti materiallarının istehsalı 31,7, hazır metal məmulatlarının istehsalı 28,2, metallurgiya sənayesi məhsullarının istehsalı 14,3, içkilərin istehsalı 9, əczaçılıq məhsullarının istehsalı 1,2, geyim istehsalı 0,7 faiz artıb.

Ümumilkdə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-iyul aylarında 27,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib.