Digər

“Euronews” telekanalının “Postcards” bölümündə bu dəfə Bakıdakı “Yaşıl bazar”la bağlı süjet yayımlanıb

14-08-2018 | 13:54        

  

“Euronews” telekanalının “Açıqcalar” bölümündə yayımlanan süjetdə “Yaşıl bazarın” müxtəlif ərzaq məhsullarının satıldığı məkan olduğu, Qurmanların burada istədikləri hər şeyi tapa biləcəkləri bildirilir. Müəllif Sercio Kantone Qafqazın rəngləri və ətirlərinin burada toplaşdığını, hər səhər ölkənin müxtəlif regionlarından “Yaşıl bazar”a təzə məhsulların gətirildiyini qeyd edir. Vurğulanır ki, burada satılan dadlı, ekzotik, faydalı məhsullar arasında müxtəlif növ balıqlar, həmçinin əla növ pendir çeşidləri, plovun hazırlanmasında və ümumilikdə Azərbaycan mətbəxində istifadə olunan zəfəran əldə etmək mümkündür. “Yaşıl bazar”ın sadəcə ticarət məntəqəsi olmadığını deyən müəllif bildirir ki, satıcılarla ünsiyyət, məhsulların ətir və rəngləri Azərbaycanın ənənələri ilə daha yaxından tanışlığa imkan verir.