Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət sabit deyil

14-08-2018 | 10:55        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də sabit deyil. İrəvan Apellyasiya Məhkəməsinin Robert Koçaryanı ciddi nəzarət altında azadlığa buraxması siyasi dairələrdə etirazla qarşılanıb.  

Ermənistan Apellyasiya Məhkəməsi Robert Koçaryanı azadlığa buraxıb. Eks-prezindentin toxunulmaz vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və onun toxunulmazlığını nəzərə alıb. Bununla da ilk instansiya məhkəmənin qərarı ləğv edilib. Xatırladaq ki, Koçaryan iyulun 28-də həbs olunub. Ona qarşı 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi üzrə ittiham irəli sürülüb. Belə bir şəxsin azadlığa buraxılması qeyri-qanunidir. Bu barədə Ermənistan təhlükəsizlik xidməti məlumat yayıb. Bildirilir ki, Köçəryan cinayətkardır və Apellyasiya Məhkəməsi səlahiyyət hüdudlarını aşaraq onu azadlığa buraxıb. Əli onlarla insanın qanına bulaşan bir şəxsin yeri həbsxanadır. Təhlükəsizlik xidməti ümid edir ki, baş prokurorluq kassasiya məhkəməsinə şikayət verəcək. Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyanın sözlərinə görə, Köçəryanın ciddi şərtlər altında belə azadlığa buraxılması ilə bir daha ölkədə qanunsuzluq mühitinin hökm sürdüyü təsdiqini tapır. O, 10 il əvvəl dinc mitinq iştirakçılarına qarşı terror aktının birbaşa iştirakçısıdır. Serj Sarkisyan və Robert Köçəryanın yeri həbsxanadır. Onlar isə hələ də azadlıqdadırlar. “Xalqa əli uzanan şəxslər necə olur ki, toxunulmaz qalırlar?”, -deyə Manukyan etirazını bildirib. “Epkir Tsirani” partiyası isə Apellyasiya məhkəməsinin qarşısında etiraz aksiyası keçirib. Onlar “Robert və Serj həbsxanaya rədd olun, sizn yeriniz oradır!” şüarları səsləndiriblər. Partiyanın sədri Zarui Postancyanın sözlərinə görə, məhkəmənin qərarından şokdadırlar. Köçəryanı gərək azadlığa buraxmayaydılar. Əksinə, o, törətdiyi əməllərə görə ittiham olunmalı idi. Qatilin azadlığa çıxması Ermənistan üçün untanc, ölkənin təhlükəsiziyi üçün təhdiddir. Xalq o qanlı terroru hələ də unutmayıb. Zarui Postancyan əlavə edib ki, Köçəryan təkcə 1 mart hadisələrinə görə cavabdehlik daşımır. Onun şəxsi işində onlarla belə cinayətlər var. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Apellyasiya Məhkəməsinin qərarına münasibət bildirməkdən boyun qaçırıb. Qeyd edib ki, bu gün Köçəryanın işindən də vacib məsələ müttəfiqlərimizi itirməyimizdir. Avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı şərh edən Şarmazanovun sözlərinə görə,  Ermənistanın yeni hökuməti ölkəni zəiflətdiyi bir vaxtda Azərbaycanın tərəfdaşları artır. Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib. Sitat: “Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir buna gülünc izahat verir. Guya Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”.