Rəsmi xronika

Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib

01-11-2011 | 19:19        

  

Prezident İlham Əliyev noyabrın 1-də Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.
Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnunluq hissi ilə xatırladı. Sergey Stepaşin Rusiya Federasiyasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR