Analitika

Avqustun 12-si Azərbaycanın müstəqillik dövrünə Xəzərin hüquqi statusu ilə bağlı tarixi gün kimi həkk olundu

13-08-2018 | 12:30        

  

Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı 1992-ci ildən aparılan danışıqlar yekun sənədin imzalanması ilə nəticələndi. Yeri gəlmişkən, Xəzərin hüquqi statusu ilə bağlı konvensiya sənədi üzərində işə 1996-cı ildən başlanııb. Ekspertlər hesab edir ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin də başa çatdırılmasına zəmin yaradacaq.

SSRİ-nin süqutundan sonra Xəzərətrafı regionda yeni müstəqil dövlətlərin yaranması həmin ölkələrin su sərhədlərinin müəyyən edilməsi, Xəzərin enerji ehtiyatlarının və digər resurslarının bölüşdürülməsi zərurətini meydana gətiridi. Bu baxımdan yeni beynəlxalq normaların tətbiq edilməsinin vacibliyi Xəzərin hüquqi statusu məsələsinin yaranmasını şərtləndirən əsas amil kimi çıxış edirdi. İllərlə davam edən danışıqlar prosesi də göstərdi ki, Xəzər dənizinin statusunun müəyyən edilməsinə münasibətin əsası hamı tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normaları və lokal beynəlxalq müqavilə təcrübə normaları təşkil etməlidir. Məhz, 12 avqust Beynəlxalq Xəzər Günündə 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı. Qazaxıstanın Aktau şəhərində baş tutan Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Prezidentlər İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq etdilər. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağalı razılaşma əldə edilməsinə imkan vermirdi. Qeyd edək ki, sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. bu yerdə qeyd edək ki, bu il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu  bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub. Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Beləliklə, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edəcək. Dondurulmuş və mübahisəli yataqların birgə işlənilməsinə zəmin yaradacaq. Və bütün bunlar isə son nəticədə Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək. “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib.

Təsadüfi deyil ki, yerli və xarici ekspertlər Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasını 5 sahil ölkə üçün dönüş nöqtəsi adlandırırlar. Bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq. Bir məsələni də qeyd edək ki, Konvensiya imzalanana qədər Azərbaycanın Xəzərətrafı ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətləri sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca göstəricisidir. Azərbaycanın hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa,  qaşlıqlı etimada söykənən milli mənafelərini müdafiə etməsi, digər sahilyanı ölkələrin də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə getməsi bunun əyani sübutudur. Müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər 5 liyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Ancaq “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR