Cəmiyyət

Bakıda “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

01-11-2011 | 17:33        

  

Bakıda noyabrın 2-dən 4-dək “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək. Sərginin təşkilatçısı Ekologiya və Təbii Sərvətlər nazirliyidir. Mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirliyinin şöbə müdiri Rasim Səttarzadə, Böyük Britaniyanın “ITE Group plc” şirkətinin icraçı direktoru Edvar Stroon  bildiriblər ki, sərginin təşkil olunmasında əsas məqsəd təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. Tədbirdə 13 ölkədən 76 şirkət iştirak edəcək. Azərbaycandan isə “ekoloji turizm” layihəsi ilə Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər dövlət strukturları, eləcə də  Azərbaycanda ekologiya sahəsində böyük işlər görən qeyri-hökumət təşkilatları qatılacaq. Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa edilə bilən resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR