Mədəniyyət

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” çərçivəsində dəyirmi masa keçirilib

01-11-2011 | 17:10        

  

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı Regional Monitorinq və İmkanların Gücləndirilməsi Bölməsinin rəhbəri Lusiano Qlurun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana Tədqiqat Səfəri barədə danışılıb. Bildirilib ki, səfərin əsas məqsədi layihənin iştirakçı dövlətləri ilə əlaqələrin qurulması, milli və regional səviyyədə mədəniyyət, mədəni irs, incəsənət, mədəni turizm sahəsində siyasətin prioritet sahələrinin müəyyən edilməsi, ehtiyacların öyrənilməsi, Proqrama dair məlumat və fikir mübadiləsinin aparılmasından ibarətdir. Dəyirmi masada Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda nazirliyin tabeçiliyində olan aidiyyəti qurumlar və mədəniyyət sahəsində müstəqil ekspertləri iştirak edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR