Mədəniyyət

Birinci beynəlxalq kukla teatrları festivalı başlayıb

01-11-2011 | 17:08        

  

Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un birgə  təşkilatçılığı ilə keçirilən birinci  Beynəlxalq Kukla Teatrları Festivalı start götürüb. Festivalın açılışından öncə mətbuat konfransı olub.

 Azərbaycanda teatrların  yüksək templə inkişaf etdiyini  deyən Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev məlumat verdi ki, bu sahə dövlətin xüsusi diqqətindədir. Hər iki ildən bir keçirilməsi planlaşdırılan kukla teatrları festivalı da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə təşkil olunub. Bura 16 ölkədən 155 qonaq gəlib. Festival çərçivəsində 22 tamaşa göstəriləcək. Tamaşalar Kukla Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında nümayiş olunacaq. Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər və  elmi simpozium keçiriləcək, Bakıda beynəlxalq teatr konqresinin təşkili müzakirə olunacaq. Təqdim olunan tamaşaların biletləri isə oktyabrın 15-dən etibarən satışa çıxarılıb. Xüsusi  qayğıya ehtiyacı olan və kimsəsiz  uşaqlar isə tamaşalara biletsiz baxa biləcəklər.

 

Festivalın qonaqları da  bu tədbirin keçirilməsini yüksək qiymətləndiriblər. Bu teatr bayramının Azərbaycanın kukla teatrının daha da  formalaşmasında  müstəsna xidmətləri olacağını deyiblər. UNİMA-nın baş katibi Jak Trüdo, vitse-prezidenti Stanislav Dubrava, qurumun Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan,  Beynəlxalq Teatr İnstitutunun koordinatoru İbrahim Assiri, Azərbaycanın TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı və Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais qeyd ediblər ki, Azərbyacanı UNİMEANI-nın bir üzvü kimi görməkdən məmnundurlar.

Kukla Teatrının həyətində isə  festivalın təntənəli açılış mərasimi oldu. Müxtəlif nağıl qəhrəmanlarının böyük kuklalarının iştirakı ilə tamaşalardan parçalar göstərilib. Mərasimdən sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  festival iştirakçıları ilə görüşüb. Ölkəmizdə gedən teatr prosesləri barədə məlumat verib. Gələcəkdə qarşılıqlı layihələrin həyata  keçirilməsi və digər məsələlər müzakirə olunub. Festivalın ilk tamaşası   isə  Kukla Teatrında Kamran Şahmərdanın quruluş verdiyi “Ağ və qara” səhnə əsəri idi. Tamaşa gözdən əlil olan bir uşağın taleyindən bəhs edir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR