Rəsmi xronika

Prezident İlham Əliyev Rəşid Behbudova adına Dövlət Mahnı teatrının binasının əsaslı təmir-bərpa işlərindən sonrakı vəziyyəti ilə tanış olub

01-11-2011 | 16:47        

  

Noyabrın 1-də  Prezident İlham Əliyev Rəşid Behbudova adına Dövlət Mahnı teatrının binasının əsaslı təmir-bərpa işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev dövlət başçısına məlumat verib  ki, Mahnı teatrının binasında heç vaxt indiki səviyyədə əsaslı təmir-bərpa işləri aparılmayıb. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış olub. 214 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. Bütün sütunlar yeni dizaynla işlənilib. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənib. Səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Səhnənin  işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənib. Binanın  bütün xidməti  otaqlarında da əsaslı təmir işləri aparılıb. İstilik və havalandırma sistemi yenilənib və ən müasir standartlara uyğundur. Binadakı bütün qapı və pəncərələr də dəyişdirilib. Bildirib ki, Dövlət Mahnı teatrının binası yeni mövsümdə öz qapılarını  tamamilə yeni simada açacaq. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib , tapşırıq və tövsiyələrini verib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR