Cəmiyyət

Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verib

06-08-2018 | 11:02        

  

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilir. İmtahanda iyulun 29-dan avqustun 1-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçən və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər. Test imtahanında müsabiqə şərtini ödəyən 446 abituriyent qeydiyyatdan keçib. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verir. Qabiliyyət imtahanında mövzular Mətbuat Şurası və KİV nümayəndələrinin iştirakı ilə seçilib və imtahan mərkəzlərinə çatdırılıb.