Cəmiyyət

Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır

03-08-2018 | 14:14        

  

“Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır”.  Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verilib. O da bildirilib ki, son günlər müşahidə olunan toz dumanı isə əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır.

Bu ilin yeddi ayı ərzində baş verən 19 yanğın hadisəsi nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb. Meşə fondu və xüsusilə mühafizə olunan təbiət ərazilərində baş vermiş yanğınların əsas səbəbi biçənək və kövşənlərin yandırılmasıdır. Ekologiya v­ə təbii sərvətlər naz­irinin müavini Firdov­si Əliyev deyir ki, yanğınların baş verməsində 97 faiz insan faktoru rol oynayır.

Son günlər müşahidə olunan toz dumanı isə əsasən, antropogen səbəblərdən yaranır, yəni lokal xarakter daşıyır. Tozlu hava şəraitinin Azərbaycanda daha çox Abşeron yarımadasında qeyd olunduğunu deyən Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın sözlərinə görə, toz dumanı hadisələri əsasən tikinti işləri və daş karxanalarının fəaliyyəti zamanı ekoloji cəhətdən tikinti qaydalarının pozulması nəticəsində baş verir. Problemin aradan qaldırılması üçün ETSN reydləri davam etdirir. Ətraf mühitə atılan və axıdılan tullantılar yol verilən normadan artıq olduqda cərimələr tətbiq ediləcək. Artıq bəzi karxana rəhbərlərinə bununla bağlı xəbərdarlıq olunub.

Mətbuat konfransında ekologiya və ətraf mühitin mühafizəsinə yönələn tədbirlər barədə də məlumatlar verildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR