İqtisadiyyat

Bakıda EPEG Konsorsiumunun üçüncü toplantısı keçirilib

01-11-2011 | 15:45        

  

Bakıda EPEG Konsorsiumunun üçüncü toplantısı keçirilib. İclasda  Avropadan Şərqə istiqamətlənən  çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının çəkilişi müzakirə olunub. EPEG layihəsi haqqında ətraflı məlumat verən  baş nazirin müavini Abid Şərifov bildirib ki,  bu layihə sayəsində Avropadan Omana - Almaniyadan başlayaraq Polşa, Ukrayna, Rusiya, Azərbaycan, İran ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcək. Bildirildi ki, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatında İKT prioritet sahə elan edilib.  Və bu sahə üzrə beynəlxalq və regional əhəmiyyətli müxtəlif layihələr həyata keçirilir. 

 Layihədə Azərbaycan tərəfdən iştirak edən «Delta Telecom» şirkətinin potensialının  böyük olduğunu vurğulayan Baş nazirin müavini şirkətin, bu layihənin də öhdəsindən lazımınca gələcəyini deyib. Layihənin əhəmiyyətindən danışan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov isə bildirib ki, Azərbaycanın qlobal reytinq göstəricilərində şəbəkə texnologiyalarına görə ön sıralarda yer almasında «Delta Telecom»un xüsusi rolu var. Xatırladaq ki, konsorsiumun birinci toplantısı Tehranda, ikinci toplantısı isə Moskvada keçirilib.

 


 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.09.2016) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR