Xarici xəbərlər

Yunanıstanda yeni yardım paketi ilə bağlı referendum keçiriləcək

01-11-2011 | 13:12        

  

Maliyyə böhranı ilə üzləşən Yunanıstan hökuməti Avropa İttifaqından yenidən yardım almaq üçün referendum keçirilməsini düşünür. Bu barədə Yunanıstanın baş naziri Georgius Papandreu parlamentdə çıxışı zamanı bildirib.

Avropa İttifaqının Yunanıstana ayırdığı yeni yardım paketinin qəbulunu xalq özü müəyyən edəcək. Bu bəyanatla çıxış edən Yunanıstanın baş nazir Georgius Papandreu bildirib ki, ümumxalq səsverməsinin nəticələri ölkəsi üçün böyük və tarixi bir məqam olacaq.

Baş nazir Georgius Papandreu rəhbərlik etdiyi hökumətə etimad səsverməsinin keçirilməsini də parlamentin müzakirəsinə çıxarıb. Parlamentin hökumətə etimad göstərib-göstərməyəcəyi isə həftəsonunadək məlum olacaq. Xatırladaq ki, Yunanıstan hökuməti büdcə kəsirlərini azaltmaq və dövlət borclarını ödəmək məqsədilə Beynəlxlaq Valyuta fondu, Avropa İttifaqı və Avropa Mərkəzi bankının təzyiqi ilə bir sıra sərt tədbirlər həyata keçirir. Ötən həftə Avropa İttifaqına üzv dövlətlərin liderləri Yunanıstanın xarici borcunun 50 faizinin silinməsi və rəsmi Afinaya 100 milyard avro həcmində yeni kreditin ayrılması barədə qərar veriblər. Yunanıstanda aparılan ictimai rəy sorğularından isə məlum olub ki, əhalinin 60 faizi bu razılaşmanın əleyhinədir.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR