Xarici xəbərlər

Vaşinqtonda ABŞ Prezidenti ilə İtaliyanın baş naziri arasında görüş keçirilib

31-07-2018 | 15:37        

  

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla İtaliyanın baş naziri Cüzeppe Konte arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzuları qlobal münaqişələrin həllində əməkdaşlıq və iqtisadi inkişaf məsələləri olub. Birgə mətbuat konfransında Birləşmiş Ştatlar Prezidenti Donald Tramp iki ölkə arasında yeni strateji dialoqun başlandığını, bunun bir sıra məsələlərdə əməkdaşlığı genişləndirəcəyini bəyan edib. Onun sözlərinə görə rəsmi Roma ilə Vaşinqton arasındakı dialoq ilk növbədə təhlükəsizlik məsələlərini əhatə edəcək. İtaliyanın baş naziri ölkəsinin terrorizmlə mübarizə və Aralıq dənizi regionundakı böhranın aradan qaldırılması ilə əlaqədar ABŞ-ın mühüm tərəfdaşına çevrildiyini bəyan edib.