Xarici xəbərlər

Robert Koçaryanın həbsi işğalçı ölkədə ciddi rezonans yaradıb

31-07-2018 | 10:42        

  

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsi işğalçı ölkədə böyük rezonansa səbəb olub. Onun vəkillərindən biri ölkədə indiyədək bundan ədalətsiz məhkəmə prosesinin olmadığını deyib. Bu təzyiq, şəxsi izləmə və siyasi qisasdır. Həbs haqqında qərar isə ölkə konsitutusiyasına ziddir. Məhkəmənin Koçaryanı girov müqabilində azadlığa buraxmaması qərarı da vəkilləri təəccübləndirib. Hakimlər onun ölkədən qaça biləcəyindən ehtiyat etdikləri üçün buna icazə vermirlər. Respublika partiyası Köçəryanın həbsinin daxili siyasi vəziyyətə mənfi təsir göstərcəyini bəyan edib. Bildirilir ki, məhkəmənin qərarı demokratik prinsiplərə zidddir. Məsələyə münasibət bildirən “Arar” fondunun rəhbəri Avetik Çələbiyan isə Ermənistanı ağır sınaqların gözlədiyini bildirib. Onun sözlərinə görə, Köçəryan susmayacaq. Bu səbəbdən də gözlənilməz açıqlamalara hazır olmalıyıq. Hər kəs ilk şoku yaşadı, bunun davamı daha təhlükəlidir. “Arar” fondunun rəhbəri onu da bildirir ki, sosial şəbəkələrdə sadə vətəndaşlar od püskürürlər. İnsanlar Köçəryanın həbsini ədalətli qərar hesab edirlər. 1 mart kabusu hələ də Ermənistanın başı üzərindədir. Son baş verənlər göstərir ki, üzərindən on il keçsə də, heç kim o qanlı hadisələri unutmayıb. Bu, Köçəryanın hakimiyyəti altında ilk terror aktı deyildi. Erməni xalqı parlamentə təşkil olunan hücumu da unutmayıb. Köçəryan hələ illər əvvəl necə təhlükəli biri olduğunu sübut edib. Çələbiyan onu da deyib ki, sabiq prezindent dövlət terrorunu tək başına törətməyib. Bu səbəbdən də Təhlükəsizlik xidməti 1 mart hadisələrinin bütün detallarını gözdən keçirməli və ətraflı tədqiqat aparmalıdır. Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisi də Röbert Köçəryanı cinayətkar hesab edir və onun həbsini ədalatli qərar adlandırır. Təşkilatın Ermənistan üzə rəhbəri Artur Sakuntsun sözlərinə görə, erməni xalqı hətta Köçəryanı boğmağa hazırdır. İnsanlar ölkənin bütün uğursuzluqlarında onun günahkar olduğunu düşünürlər. Məhz Köçəryan və Sarkisyan qruplaşması Ermənistanda hərbi xunta rejiminin əsasını qoyub. Onlar 10 ildən artıqdır ölkəni talan ediblər. Parlamentdə baş verən terror aktından sonra Ermənistan özünə gələ bilmir. Onların dəstəsində qana susamış canilər cəmləşiblər. İndi isə hər kəsin bu cəlladlardan qurtulmaq şansı yaranıb. Artur Sakunts hakimdən Robert Köçəryana ən ağır cəza tələb edəcəklərini də açıqlayıb.