Xarici xəbərlər

Meksika və Macarıstanda nəqliyyat qəzaları baş verib

01-11-2011 | 11:57        

  

 Macarıstan və Meksikada nəqliyyat qəzaları baş verib. Həlak olan və yaralananlar var.   Macarıstanın cənubunda ağır yol qəzası baş verib. Avtomobil yol kənarındakı səddə çırpılaraq aşıb və qarşıdan gələn avtobusla toqquşub. Nəticədə 14 nəfər həlak olub. Avtomobilin sürücüsü və avtobusun bir sərnişini yaralanıb. Məlumata görə,  avtobusun sərnişinləri Rumıniya vətəndaşları olublar. Hadisə ilə bağlı araşdırma aparılır. Meksikanın Tixuana şəhərində yüngül mühərrikli kiçik təyyarə qəzaya uğrayıb. Təyyarə havaya qalxdıqdan sonra yüksəkliyi itirərək aeroport yaxınlığındakı avtomobil təmiri servis mərkəzinə çırpılıb. Nəticədə 3 nəfər həlak olub. Həlak olanların 2-si təyyarənin sərnişini olub. Qəza nəticəsində serviz mərkəzində olan 8 avtomobil yanaraq yararsız hala düşüb. Qəzanın səbəbləri araşdırılır.

 


 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.01.2017) :
Azbuludlu Gecə : +0+2 | Gündüz: +6+8
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.8311 | Satış: 1.9172

Rubl:
Alış: 0.0304 | Satış: 0.0325

Avro:
Alış: 1.9266 | Satış: 2.0563
AzTV TƏQDİM EDİR