Cəmiyyət

Təkrar bələdiyyə seçkilərində iştirak etmək istəyən 1520 nəfərin namizədliyi qeydə alınıb

01-11-2011 | 11:54        

  

 

Noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 1 520 nəfərin namizədliyi qeydə alınıb. Ümumilikdə 1 622 nəfər imza vərəqi götürüb. Onlardan 1 566-sı imza vərəqələrini qaytarıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olan, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və onların blokları irəli sürə bilərlər.  Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi sentyabrın 30-dan başlayıb.