Xarici xəbərlər

NATO-nun Liviyada hərbi əməliyyatları başa çatıb

01-11-2011 | 12:05        

  

NATO Liviyada 7 ay davam edən hərbi əməliyyatları başa çatdırıb. Bu barədə qərar Şimali Atlantika blokunun toplantısında qəbul olunub. NATO-nun Liviyada 7 ay davam edən hərbi əməliyyatları başa çatdıqdan dərhal sonra qurumun baş katibi Anders Foq Rasmussen gözlənilmədən paytaxt Tripoliyə gəlib. Rasmussen liviyalıları qələbə münasibətilə təbrik edib və lazım gələcəyi anda alyansın onlara yardım etməyə hazır olduğunu bildirib. Paytaxt Tripolidə Rasmussen milli keçid şurasının rəhbərləri ilə görüşüb. Xatırladaq ki, Liviyada hərbi əməliyyatlar çərçivəsində NATO təyyarələri 26 min uçuş həyata keçirib. Bunlardan 10 mini döyüş xarakterli olub. Liviyada “Birləşmiş müdafiəçi” adı altında keçirilən əməliyyat NATO-nun tarixində ən uğurlu əməliyyat sayılır. Liviyada hərbi əməliyyatların başa çatması ilə eyni vaxtda bu ölkə üzərində təyyarə uçuşlarına qoyulan qadağa da aradan qaldırılıb. Bu barədə qərar BMT Təhlükəsizlik Şurasının toplantısında qəbul olunub. Tripoli aeroportu da təyyarələrin qəbuluna başlayıb. Liviyanın Milli Keçid Şurasının rəhbəri Mahmud Cibrilin istefa verməsindən sonra müvəqqəti hökumətin yeni rəhbəri vəzifəsini Tripolidən olan alim Abdul Rəhim əl Kiba tutub. Əl Kiba Milli Keçid Şurasında 5 namizəd arasından açıq səsvermə yolu ilə bu seçilib. Abdul Rəhim əl Kiba səsvermənin birinci turunda 51 şura üzvünün 26-nın səsini qazanıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR