Siyasət

Sankt-Peterburqda MDB PA-nın daimi komissiyanın iclası keçiriləcək

01-11-2011 | 11:52        

  

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyanın iclası keçiriləcək. İclasda təşkilati məsələlərə baxılacaq, komissiyanın sədr müavini seçiləcək. Assambleyanın Qazaxıstanda keçirilən parlament, Qırğızıstanda keçirilən prezident seçkilərini izləyən müşahidə qruplarının hesabatları təqdim olunacaq. Deputatlar ötən müddətdə keçirilən bir sıra tədbirlərin, o cümlədən Bakıda beynəlxalq müşahidəçilər və məsləhətçilər üçün  reallaşdırılan seminarın yekunlarını müzakirə edəcəklər. Millət vəkilləri gələn ilin mayında Assambleyanın Avropa Şurası Parlament Assambleyası ilə birgə keçirməyi planlaşdırdığı beynəlxalq konfransla əlaqədar təkliflərə də baxacaqlar.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (01.10.2016) :
Buludlu Gecə : +13+15 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR