Rəsmi xronika

Prezident İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti ilə görüşüb

20-07-2018 | 13:29        

  

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

Prezident İlham Əliyev “IVECO France” şirkətinin ekoloji baxımdan təmiz avtobuslarının Bakıda uğurla fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi, bu avtobusların şəhərimizin nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğuladı. Dövlətimizin başçısı “IVECO” avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını dedi.

“IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez Bakının nəqliyyat infrastrukturu sahəsində regionun aparıcı şəhəri olduğunu vurğuladı. Bildirdi ki, paytaxtda avtobus deposu beynəlxalq normalara uyğun təşkil olunub. O, şirkətinin avtobuslarının Bakının ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsində, həmçinin digər texnikalarının kənd təsərrüfatı sahəsində aparıcı rol oynadığına ümid etdiyini bildirdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR