Xarici xəbərlər

Ermənistanda 6 ayda 6303 nəfər ölkə vətəndaşlığından imtina edib

20-07-2018 | 11:36        

  

Dərin iqtisadi böhran içərisində olan Ermənistanda vətəndaşlıqdan imtina edənlərin sayı durmadan artır. Təkcə bu ilin 6 ayında 6303 nəfər Ermənistan vətəndaşlığından imtina edib. İşğalçı ölkədə hərbi xidmətdən yayınanlar da çoxdur. Onların arasında dövlət məmurları da var.

Ermənistanda “məxməri inqilab”dan sonra da ölkədən köç prosesi səngiməyib. Əksinə, miqrasiya bir nömrəli problem olaraq qalır. Məlumata görə, ölkə əhalisi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3 min nəfər azalıb. Ötən il 5250 nəfər ölkə vətəndaşlığından çıxıbsa, bu il onların sayı 6 ayda 6303 nəfər təşkil edib. İlin sonunadək statistik göstəricinin yüksələcəyi bildirilir. Yerli ekspertlər hesab edirlər ki, bu, ilk növbədə Ermənistanda uzun illərdir davam edən iqtisadi böhranla bağlıdır. Əhalini ölkədən qaçmağa sövq edən daha bir səbəb isə işğalçılıq siyasətidir. Heç kimə sirr deyil ki, erməni gənclər məhz Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçirlər. Bu da valideynləri narahat edir. Əhalinin böyük hissəsi övladlarını qorumaq üçün Ermənistan vətəndaşlığından imtina edir. Hətta ölkədən köçənlər baş nazir Nikol Paşinyanın xaricdən öz vətənlərinə qayıtmaq barədə müraciətinə də reaksiya vermirlər. Hərbi ekspertlərin fikrincə, baş nazirin vətəndaşlardan bunu tələb etməyə haqqı yoxdur. Çünki, Paşinyanın vəzifəyə təyin etdiyi nazirlərin özləri də hərbi xidmətdən yayınıblar. Baş nazirin dövlət məmularının övladlarının orduda xidməti haqqında çağırışı isə onun komandasının üzvlərini qorxuya salıb. “Jamanak” qəzeti belə yazır. Nəşr qeyd edir ki, yeni hökumətdə yüksək post tutan gənclər ümumiyyətlə orduda xidmət etməyiblər. Onlar bunun nə olduğunu da bilmirlər. Elə Paşinyanın özü də hərbi xidmət keçməyib. İndi diqqəti özündən yayındırmaq üçün oğlunu əsgər göndərir. Halbuki bu 18 yaşı tamam olan gəncin vətəndaşlıq borcudur. Onun komanda üzvlərininin övladlarının xidməti barədə düşünməsi isə hələ tezdir. Çünki özləri çağırış yaşındadırlar. Göründüyü kimi Ermənistan orduya inam yoxdur. Bu da hərbi hissələrdə intizamsızlıq mühitinin hökm sürməsi ilə bağlıdır. “Jamanak” qəzeti yazır ki, hazırda bu ölkənin Milli Təhlükəsizlik Xidməti müdafiə və ümumilikdə hərbi sahədə hökm sürən özbaşınalıq, korrupsiya, rüşvətxorluq, xüsusilə gənclərin saxta sənədlərlə ordudan yayınması hallarının araşdırılması və ictimailəşdirilməsi məsələləri ilə məşğul olur. Aparılan araşdırmalar hərbi həkim komissiyasının həkimlərini narahat etməyə başlayıb. Məlumatlara görə, məcburi həqiqi hərbi xidmətdən azad edilən şəxsin sonradan hərbi xidmət keçdiyinə dair hərbi bilet aldığı barədə faktlar aşkarlanıb. Hüquq müdafiəçisi Artir Sakunts deyir ki, hökumət korrupsiya şousundansa xidmətdə olan əsgərlərin taleyi ilə də maraqlansın. Hərbi hissələrdə vəziyyət çox ağırdır. Antisanitariya hökm sürür. Noyemberyan ərazisində yerləşən hərbi hissələrdə əsgərlər hər dəfə postlara döyüş növbətçiliyinə getməzdən əvvəl valideynlərindən onlara ərzaq almaları üçün pul göndərmələrini xahiş edirlər. Hər əsgərdən 7-10 min dram məbləğində pul toplanır. Bu hallar isə cəmiyyətdə ciddi narazılıqla qarşılanır.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR