Cəmiyyət

Azərbaycanda vəkillərin sayı 1503 nəfərə çatıb

19-07-2018 | 14:36        

  

Bu gün 266 nəfər vəkilliyə namizəd vəkil andı içib. Bununla da Azərbaycanda vəkillərin sayı 1503 nəfərə çatıb. Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclasında isə 30 iyul tarixinin Azərbaycanda vəkillərin peşə bayramı günü kimi qeyd olunacağı barədə qərar qəbul edilib.

Ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində mühüm işlər görülür. Vəkillik İnstitutu Azərbaycan hüquq sistemində xüsusi yer tutur. Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə  mərasimində bildirildi ki, kollegiya üzvlərinin sayı 1500-ü keçib. belə deyildi. Vəkillər Kollegiyasının sədri Anar Bağırov dedi ki, 3 ay əvvəl Azərbaycanda 10 min nəfərə 9 vəkil düşürdüsə, artıq bu rəqəm 10 min nəfərə 15 vəkil təşkil edir.

İclasda vəkillərin peşə bayramı gününün təsis olunması ilə bağlı məsələ də müzakirəyə çıxarıldı. Qeyd edildi ki, bu məqsədlə müvafiq komissiya yaradılıb, çoxsaylı arxiv sənədləri üzərində araşdırma və təhlil aparılıb. 30 iyul 1919-cu il tarixinin Azərbaycan Demokratik Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılma tarixi olmasını əsas götürərək 30 iyulun ölkəmizdə vəkillərin peşə bayramı günü kimi qeyd edilməsi qərara alındı. Sonra 266 vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulan qaydada and içdi, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edildi. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1503 nəfərə çatdı.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Vəkillik İnstitutunun demokratik cəmiyyətin vacib təsisatlarından biri olduğunu dedi. O, həyata keçirilən islahatların mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Vəkillərin ixtisas komissiyasının sədri Ramiz İbrahimov və digər çıxış edənlər məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlərdən danışdılar. Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsindən istifadə qaydaları, üstünlükləri barədə də ətraflı məlumat verildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR