Rəsmi xronika

Prezident İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

31-10-2011 | 18:40        

  

 

Prezident İlham Əliyev oktyabrın 31-də Koreyanın SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Çey Tae-von rəhbərlik etdiyi şirkətlər qrupunun Azərbaycanda gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verib. Qonaq şirkətlər qrupunun Azərbaycanın sürətli iqtisadi inkişafını nəzərə alaraq nəqliyyat sektorunda, o cümlədən avtomobil və dəmir yollarının salınmasında, metro tikintisində, eləcə də informasiya texnologiyaları və qeyri-neft sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu deyib.
Dövlətimizin başçısı Koreyanın SK şirkətlər qrupunun Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin inşası ilə bağlı fəaliyyətinin önəmini qeyd edib. Prezident İlham Əliyev SK şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə SK şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.