Mədəniyyət

İtaliya Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub

18-07-2018 | 13:59        

  

Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğunda olub.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella qoruğun ərazisində yaradılan muzeydə nümayiş etdirilən eksponatlarla tanış oldu.  Məlumat verildi ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkarlanıb və öyrənilib. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarellanın diqqətinə çatdırıldı ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Muzey müasir texnologiyalardan istifadə edilərək qurulub. Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın səyləri nəticəsində Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Laura Mattarella ərazidə aparılan tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlandı. İtaliyalı qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrıldı.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR