İqtisadiyyat

Fərdi sahibkarların sayı 815 minə çatıb

18-07-2018 | 10:57        

  

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı iyulun 1-dək 815 minə çatıb. Bu ilin 6 ayında Ümumdaxili Məhsulda özəl sektorun payı da artıb. Bu isə ölkəmizdə yaradılan əlverişli biznes mühitinin sahibkarlığın inkişafı üçün yeni imkanlar açdığını göstərir.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, eyni zamanda aparılan köklü islahatlar, qəbul edilən strateji qərarlar qlobal və regional risklərin ölkə iqtisadiyyatına təsirini neytrallaşdırıb. Son 6 ayın statistik göstəriciləri də onu deməyə əsas verir ki, iqtisadi siyasət geniş elmi təhlillərə, beynəlxalq təcrübədə  təsdiqini tapan mexanizmlərə söykənir.

Fəaliyyətə başlayan hər 5 fərdi sahibkardan 4-ü kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, ticarət, nəqliyyat vasitələrinin təmiri və digər sahələrdə xidmətlərin göstərilməsi üzrə qeydiyyatdan keçib. Fərdi sahibkarların 30 faizi Bakıda qeydiyyata alınıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR