Cəmiyyət

"Abad həyət” sakinlərin istifadəsinə verilib

17-07-2018 | 13:24        

  

Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırlamasına diqqət yetirilir. Bir çox küçə və prospektdə yaşayış  və parkların müasir, zövq oxşayan forma və üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması bu gün də davam etdirilir. Bakının hər yerində olduğu kimi Nəsimi rayonunda da abadlıq işləri aparılır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə “nümunəvi həyət”lərin salınması görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində müxtəlif parklar, həmçinin bir sıra binaların qarşısında 40-dən çox yeni abad məhəllə salınıb.

4-cü mikrorayon Asif Məhərəmov küçəsində sakinlərin ixtiyarına verilən bir neçə abad həyətdə vətəndaşların istirahət üçün hər cür şərait yaradılıb. Abadlaşdırılan həyətin sakinlərinin və gənclərin iştirakı ilə ərazidə ağacəkmə aksiyası da olub. Ümumiyyətlə hazırda rayonun mikrayonlarında 10-dan çox layihə üzrə abad həyətlərin yaradılması  işləri aparılır.

Sakinlərlə görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən abadlıq quruculuq  işlərindən, həmçinin bu istiqamətdə rayonda həyata keçirilən layihələrdən danışdı. Vurğulandı ki, sakinlərin rahat istirahətini təmin etmək məqsədilə bir çox ərazilərdə müasir yeni abad məhələlər salınır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi və  “Məktəb bağları” layihəsi də rayonda uğurla aparılır. Sonra sakinlərin müraciətləri dinlənildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR