Rəsmi xronika

Prezident İlham Əliyev Ağsu rayonunda olub

31-10-2011 | 12:30        

  

Okyabrın 31-də Prezident İlham Əliyev Ağsu rayonunda olub. Dövlət başçısı əvvəlcə Ümummill lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Ağsuda Regional  Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların qazlaşması və təbii  yanacaqla dolğun təchiz edilməsi funksiyasını yerinə yetirəcək.Ağsuya səfəri zamanı dövlət başçısı yeni binanın açılışını da edib.
Binanın birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai –siyasi fəaliyyətlərinə həsr olunmuş foto-guşə yaradılıb.Binanın bütün otaqlarında  müasir mebel və kompyuter avadanlığı quraşdırılıb.Burada dövlət başçısına Ağsu rayonunun qazlaşma sxemi təqdim olunub.Bildirilib ki, rayonun yaşayış məntəqələrinə bir-birinin ardınca təbii qaz verilişi  bərpa olunur və yaxud yeni xətlər çəkilir.İndiyədək rayon üzrə 1847 abonentin mexaniki sayğacı smart kart tipli sayğacla əvəz olunub.Dövlət  başçısına  təqdim olunan digər stenddə isə  regional idarənin fəaliyyəti əksini tapıb.Məlumat verilib ki,indiyədək Ucarda 5 min 191,Ağdaşda 12 min 683,Kürdəmirdə 9 min 453,Göyçayda  9 min 547 abonent təbii yanacaqla təmin olunub. Prezident İlham Əliyev  bu prosesin  daha sürətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.Sonra dövlət başçısı binanın  2-ci mərtəbəsində konfrns zalı və iş otaqlarında yardılmış şəraitlə tanış olub.  

   Prezident İlham Əliyev Ağsuda olarkən həmin parkın açılışını da edib .
 Parkın girəcəyindəki 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı ənənəvi Azərbaycan milli tinkinti üslubunda inşa olunub.İstirahət mərkəzində yaradılan şəraitlə tanış olarkən dövlət başçısına məlumat verilib ki, 1,6 hektar ərazini əhatə edən park  il yarım ərzində başdan-başa yenidən qurulub.Yeni quraşdırılmış fəvvarə ətrafa xüsusi yaraşıq verir. Sakinlər 6 ədəd üstüörtülü istirahət guşəsindən istifadə edə biləcəklər.Mədəniyyət və istirahət mərkəzi yeni simada  uşaqların daha çox xoşuna gələcək .Çünki onlar üçün burada maraqlı attraksionlar quraşdırılıb,xalq nağıllarından motivləri əks etdirən guşə və səhnə yaradılıb. Parkın su təchizatı yeni tikilmiş  anbar vasitəsil  həyata keçiriləcək.Yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olmuş həmişəyaşıl bitkiləri saxlamaqla yanaşı 7 min 500 kvadratmetr ərazidə yeni ağaclar və gül kolları əkilib.

 


Zavodu işə saldıqdan sonra istehsal prosesi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki,müəssisə əsasən istehsal sexindən və yardımçı sahələrdən ibarətdir.Burada  Rusiya Federasiyasının və Ukraynanın bu sahə üzrə ixtisaslaşmış zavodlarında buraxılan ən müasir çörəkbişirmə sobasının,qıcqırtma avadanlığının və digər qurğuların quraşdırılması yüksək keyfiyyətli məhsul hazırlamağa imkan verir. Zavod mühəndis kommunikasiyaları ilə tam təmin olunub.12 nəfərin işlə təmin olunduğu müəssisə sutka ərzində əhalini 5 ton çörəklə təmin  edəcək. Çörək məhsulları satış şəbəkələrinə xüsusi ixtisaslaşmış maşınlarla daşınacaq.
Azərbaycanda idmanın inkişafı dövlətin əsas prioritetlərindən biridir. Ölkədə yaradılan müasir Olimpiya kompleksləri,idman qurğuları  bunun əyani sübutudur. Bu gün paytaxtla yanaşı, respublikanın bütün regionlarında  idman təyinatlı qurğular tikilərək gənc nəslin istifadəsinə verilir, onların idmanın bütün növləri ilə məşğul olması üçün hərtərəfli şərait yaradır. 2009-cu il oktyabrın 29-da Ağsuda  səfərdə olarkən Prezident İlham Əliyev xanımı-Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ilə birlikdə Ağsu şəhər stadionunun təməlini qoymuşdu.2 il ərzində həmin ərazidə bütün zəruri vasitələr və avadanlıqla təchiz olunmuş müasir idman qurğusu yaradılmışdır. Oktyabrın 30-da Prezident İlham Əliyev stadionun açılışında iştirak edib. Stadionla tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, 4 sektordan ibarət 3 min yerlik stadionun süni örtük döşənmiş meydançası  ümumi standarta cavab verir və beləliklə də burada  yüksək səviyyəli  yarışların keçirilməsi mümkündür.Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük döşənib.Bundan əlavə burada  kiçik ölçülü daha 2 mini stadion idmançıların ixtiyarına verilir.Kompleksə 4 işıqlandırma lövhəsi,elektron tablo,kafe-çayxana,inzibati bina və digər yardımçı sahələr daxildir. İnzibati  binada  Ümumilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin ölkə idmanının inkişafına göstərdikləri qayğının müxtəlif məqamlarını əks etdirən fotoguşə yaradılıb.İnzibati binada konfrans zalı,həkim məntəqəsi, soyunub-geyinmə və yuyunma otaqları fəaliyyət göstərəcək.Stadionun ətrafına 840 metr uzunluğunda hasar çəkilib və gülbax daşla örtülüb.İdman qurğusunun yaşıllaşdırma  işlərinə də xüsusi diqqət yetirilib.Dövlət başçısının ölkə gəncliyinin sağlam və gümrah böyüməsinə göstərdiyi qayğının daha bir təzahürü olan bu qurğu Ağsuda idmana olan marağı artırmaqla usta  idmançıların yetişməsində həlledici rol oynayacaq.

 

Ağsuya bu dəfəki səfəri zamanı dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş həmin mərkəzin açılışında iştirak edib.
Mərkəzin foyesində ulu öndər Heydər  Əliyevin ,Prezident İlham Əliyevin  və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  fəaliyyətinə həsr olunmuş fotoguşələr  yaradılıb.Mərkəzlə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, burada  tar kamança, pianino və digər musiqi fənləri tədris olunacaq.Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz olunub. Xalq  sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Şakirə həsr olunmuş otaq da  maraqlı eksponatları ilə diqqəti cəlb edir. Mərkəzin  80 yerlik zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait  yaradılıb.Prezident İlham Əliyev Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısını dinləyib.
Prezident İlham Əliyev “Az-qranata” Məhdud Məsuliyyətli Cəmiyyətin istehsal  müəssisənin açılışında da  iştirak edib.
Dövlət başcısı “Az-Qranata” Məhdud Məsuliyyətli Cəmiyyətin maketi ilə tanış olduqdan sonra müəsissəni işə salıb. Burada meyvələrin qəbulu və emalı prosesini izləyib. Bildirilib ki,zavod saatda 9-15 ton meyvə qəbul etmək gücünə malikdir. Bu müəssisədə də ulu öndər Heydər Əliyevin xatirəsinə etiram əlaməti olaraq  ümumilli liderin Azərbaycanda kənd təssərrüfatının inkişafındakı  xidmətlərini əks etdirən foto güşə yaradılıb. Burada şərabçılığın tarixini göstərən fotolar da  yer alıb. Prezident İlham Əliyev zavodun şərab anbarına gəlib. Bildirilib ki, zavodda 3 növ üzüm sortundan hazırlanan Ağsu, Qaragöz və Bellus brendləri istehsal edir. Şərablar ABŞ palıdından hazırlanan ekskluziv çəlləklərdə saxlanılır. Dövlət başcısı Şərabın hazırlanması və emalı prosesi ilə tanışlıqdan sonra meyvə şirəsinin aseptik dolum bölməsinə gəlib. Bölmə 2 min ton meyvə saxlamağa  qadirdir. Gün ərzində  240 ton meyvə şirəsi hazırlanaraq doluma gedir. Zavodda alman layihəsinə uyğun olaraq, mükəmməl Mərkəzləşdirilmiş boru şəbəkəsi var. Dövlət başcısı Şərab dolumu və hazır məhsulun saxlanması və inkubasiya bölmələri ilə də tanış olub. “Vitamin” şirələrinin hazırlanması prosesini izləyib. Müəssisənin iş prosesi ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, zavodun istehsal bölmələrində 15 növ meyvə şirəsi istehsal olunur. 2 milyon paket hazır məhsul saxlama anbarı da var. Sonra dövlət başcısı müəssisənin inzibati binasına gəlib.5 mərtəbəli  binada müasir iş şəraiti yaradılıb. Sonra dövlət baçısı müəssisənin hazır məhsul təqdimatı otağında olub. Bildirilib ki, zavodun  700 hektar hazır bağ sahəsi olduğunu görə BİO sertifikart verilib. Bu setfikat 4 illik yoxlamdan sonra verilib.

Dövlət başcısı uğurlar arzulayıb, tapşıqrıq və tövsiyələrini verib. Qeyd edək ki, zavod öz  məhsullarını respublikanın şəhər və rayonları ilə yanaşı MDB və Avropa ölkələrinə də göndərəcək. İlkin mərhələdə 180 nəfərin çalışacağı müəssisə layihə gücünə çatdıqdan sonra işçilərin sayı  350 –yə  çatacaq. Müəssisənin fəaliyyəti məhsul istehsalı ilə məhdudlaşmır. Şamaxı və Ağsu rayonları ərazisində müəssisənin balansında 1000 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır.Həmin sahələrin 700 hektarında üzüm və nar bağları salınıb.Həmin bağlarda  hazırda 500 işçi çalışır.Gələcəkdə salınacaq  bağlar üçün daha 600 hektar sahə ayrılması nəzərdə tutulur.Ümumiyyətlə zavodda və ona məxsus  bağlarda yaxın gələcəkdə 1500-1800 nəfərin işlə təmin olunması gözlənilir.Üzüm və nar bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Ən başlıcası isə bu müəssisə rayonda əhalinun məşğulluğunun təminatında  əhəmiyyətli rol oynayacaq.

Sonra Prezident İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başcısı 2 il əvvəl rayona olan səfərini xatırladıb və bildirib ki, ötən bu müddətdə Ağsuda xeyli işlər görülüb, şəhər gözəlləşib, abadlaşıb. Rayonun içməli suya etiyacını ödəmək üçün yeni su xətti çəkilməsi əlamətdar hadisədir, yaşayış məntəqələrinin təbii qazla təchizatı prosesi sürətlə gedir, işsizliyin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Bütün bunlar məni çox sevindirir deyən Prezident İlham Əliyev bildirib ki, bu gün açılışında olduğu obyektlərin, o cümlədən bu zavodun fəaliyyətə başlamasını Ağsunun inkişafının daha bir göstəricisidir. Prezident İlham Əliyev əldə olunan uğurlarla kifayətlənməməyi tövsiyə edib.
Rayon sakini ,“Az-Qranata” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Natiq Məmmədov ölkənin bütün regionları kimi Ağsuya da göstərdiyi diqqət və qayğıya görə dövlət başcısına ağsuluların minnətdarlığını çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.

 

Hazırda ölkədə  icra olunan çoxsaylı yol-nəqliyyat strukturu layihələrindən biri dövlət başçısının tapşırığı ilə Bakı-Şamaxı-Yevlax  avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır. Ölkənin  mühüm regionlarını birləşdirməkdə  əhəmiyyəti və uzun müddət əsaslı təmir edilmədən  istismarda olması nəzərə alınaraq  ölkə prezidentinin  tapşırığı ilə 2010-cu ilin martından bu yolun əsaslı şəkildə yenidən qurulmasına başlanıb. Ağsu rayonuna səfərdən qayıdarkən   Prezident İlham Əliyev burada  görülən işlərlə tanış olub. Nəqliyyat Naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, ümumi layihə dəyəri 404 milyon dollar olan bu yolu digərlərindən  fərqləndirən cəhət  bəzi  yerlərdə  çətin dağ keçidlərindən və sürüşmə zonalarından keçməsidir. Xüsusilə mürəkkəb relyefə malik  Ağsu aşırımında  tez-tez baş verən sürüşmələrin magistrala ziyan vurmasının qarşısını almaq  və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün həmin ərazidə daha geniş bərkitmə və torpaq  işləri aparılır. Layihəyə əsasən bütövlükdə yolun əsaslı  şəkildə yenidən qurulması zamanı 2 milyon 587 min kub metr torpaq işləri görüləcək,293 suötürücü boru çəkiləcək,magistral üzərində 6 mövcud körpü sökülərək yenidən tikiləcək.Yola 3 lay olmaqla 357 min ton asfalt döşənəcək . Layihənin icra müddəti 2 ildir.Prezident İlham Əliyev yolun vaxtında və yüksək səviyyədə  yenidən qurulmasında inşaatçılara uğurlar arzulayıb.
Ağsudan qayıdarkən Prezident İlham Əliyev Şamaxıdakı  Şərədil istirahət mərkəzində olub. Dövlət başçısına bildirilib ki, ümumi ərazisi 25 hektar olan mərkəzin 4 hektardan çoxu tikintialtı sahədir. Mərkəzin 1-ci mərtəbəsində 120 nəfərlik, 2-ci mərtəbədə isə 150 nəfərlik restoran-bar fəaliyyət göstərir. İstirahət mərkəzində VİP qonaqlar üçün otaqlar və xüsusi zal yaradılıb.  Mərkəzin ərazisindəki 20 kotecdən  11-i  - 3, digərləri isə 2 otaqlıdır. Burada  8 nömrədən ibarət otel də var. Onlardan 4-ü - 2, 4-ü isə 1 otaqlıdır. Bundan başqa burada qolf zalı, voleybol, tennis kortu, uşaq əyləncə mərkəzi fəaliyyət göstərir.
Prezident İlham Əliyev inşa ediləcək Şamaxı-Qrand otelin layihəsi ilə də  tanış olub. Tikintisinə 2010-cu ildə başlanılan otelin gələn il istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə 114 otaqdan ibarət otelin 95 nömrəsi standart, 19-u isə lüks otaqlı olacaq. Bəzi otaqların sahəsi 255 kv metr təşkil edəcək. Oteldə hərəsi 500 nəfərlik 3 konfrans zalı da yaradılacaq. Burada müxtəlif idman meydançalarının tikintisi nəzərdə tutulub.

Ölkəmizin iqtisadi potensialı artdıqca paytaxtla yanaşı, regionlarda da mühüm layihələr həyata keçirilir. Ağsu da bu gün abadlaşır, gözəlləşir . Regionlarda yeni infrastruktur layihələrinin icrası Ağsunun da simasına mühüm elementlərin əlavə edilməsi ilə yanaşı, ilk növbədə əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu göstərir ki, yeniləşən və müasirləşən Azərbaycanın sürətli iqtisadi inkişafını şərtləndirən mühüm layihələr davamlı xarakter alıb. Bu, həm də dünyada sürətli iqtisadi inkişafı ilə öyünən və öz təcrübəsini hamı ilə bölüşməyə hazır olan Azərbaycanın regiondakı yerini və çəkisini, həm də özəlliyini nümayiş etdirir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR