Cəmiyyət

Sabah ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək

17-07-2018 | 11:16        

  

Sabah ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda 26 min 332 abituriyentin iştirakı gözlənilir. Onlardan 21 min 734 abituriyent I, 4 min 598 abituriyent isə IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 24 min 244 nəfəri Azərbaycan bölməsinin, 2088 nəfəri isə rus bölməsinin məzunudur.  115 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və 3 saat davam edəcək.