Digər

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub

17-07-2018 | 10:22        

  

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub.

Jurnalda Şərq və Qərb arasında körpü rolunu oynayan ölkəmizin müstəqilliyinin 100 illik yubileyinin qeyd edilməsindən, iqtisadi inkişafından, “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsindən, beynəlxalq təşkilatlarla əlaqələrindən, mədəniyyətlər və dinlər arasında dialoq platforması olmasından bəhs edilir.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev jurnalda dərc olunan müsahibəsində 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, nailiyyətləri, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının uğurları, iqtisadi inkişafı, Fransa ilə ikitərəfli əlaqələri barədə danışır. O, həmçinin Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən söhbət açır, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq təşkilatların onun həlli ilə bağlı qəbul etdiyi qətnamə və qərarları diqqətə çatdırır.

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster və əməliyyat katibliyinin üzvü Ülkər Müller jurnalda universal sərgilərdə ölkəmizin uğurlu iştirakı, “Ekspo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi, dövlət dəstəyi, seçilmiş mövzunun əhəmiyyəti haqqında ətraflı məlumat verirlər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov və UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preis bu təşkilatla ölkəmiz arasındakı əlaqələrdən, “Bakı Prosesi”ndən bəhs edirlər.

Jurnalda, həmçinin BMT yanında dami nümayəndəliyimizin rəhbəri Yaşar Əliyevin və Avropa Şurası yanında daimi nümayəndəliyimizin rəhbəri Emin Eyyubovun ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrinə dair məqalələri dərc olunub.

Bundan başqa, senator Alən Uperin və Milli Məclisin deputatı Cavanşir Feyziyevin Azərbaycan-Fransa parlamentlərarası əlaqələri ilə bağlı məqalələri də jurnalda yer alıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR