Siyasət

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümü ilə bağlı konfrans keçirilib

16-07-2018 | 13:57        

  

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümü ilə  bağlı Bakıda konfrans keçirilib. Tədbirdə Azərbaycanın elə ilk andan Türkiyənin yanında olduğu və dəstəyini əsirgəmədiyi qeyd edilib.

“15 iyul 2016-ciı ildə dövlət çevrilişinə cəhdin qarşısı alınan zaman Türkiyə 251 şəhid verdi. Millət dövlətinin yanında oldu və 22 saatlıq əməlyyat nəticəsində təxribatçılar öz  məqsədlərinə nail ola bilmədilər”. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral həmin hadisələrin ikinci ildönümü ilə  bağlı keçirilən konfransda bu barədə danışdı. Bildirdi ki, 15 iyul hadisələri dövlətə qarşı xəyanət idi. Onun sözlərinə görə, xalq böyük qəhrəmanlıq göstərərək öz milli dastanını tarixə yazdı.  Səfir  xalqın demokratiyaya sahib çıxdığını və vətəni onlara buraxmadığını vurğuladı. “2016-cı il 15 iyulda Türkiyədə baş verən hadisələri  Azərbaycan çox həyəcanla izlədi” deyən Prezidetin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin xalqla bərabər nəinki hadisələri izlədiyini, eyni zamanda öz köməyini əsirgəmədiyini bildirdi. Əli Həsənov bir neçə gün öncə Gəncədə baş verən hadisələri xatırladaraq Azərbaycan dövlətinə qarşı tərxribat törədənlərin də öz niyyətlərinə nail ola bilmədiklərini qeyd etdi. Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar tarixdir. Əli Həsənov Türkiyədəki hadisələrin  1990-cı il 20 yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkdi.  Fərq onda idi ki,  Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil”.Sitatın sonu. Əli Həsənov ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə də dövlət çevrilişinə cəhd olunduğunu, lakin millətin iradəsi ilə qarşısının alındığını xatırlatdı. Tədbirdə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına həsr edilən sənədli film  və hasilərdən bəhs edən “Uzun gecənin qısa tarixi” adlı kitab təqdim olundu.