Mədəniyyət

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir

16-07-2018 | 12:00        

  

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Göyçay rayonu və Mingəçevir şəhərlərində davam etdirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan festival zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir.  

“100 illik tariximiz” devizi altında təşkil olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının Göyçay mərhələsi bayramsayağı bəzədilən şəhər mərkəzində keçirilib. İlk olaraq yerli sakinlər və qonaqlar Mədəniyyət Naziriliyinin 15 regional idarəsinin təqdim etdiyi sərgiyə baxıblar. Bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və  digər əl işləri ilə yaxından tanışlıq, verilən məlumatlar marağa səbəb olub.

Yaradıcılıq festivalının ikinci mərhələsində isə hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin konserti olub. Onlarin təqdim etdikləri musiqi nömrələri, rəqslər alqışlarla qarşılanıb. Aşıqların ifası, xalq və bəstəkar mahnıları, dövlətçiliyimizi tərənnüm edən şeirlər qonaqlara xoş duyğular yaşadıb

”Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Mingəçevir mərhələsi ilə davam etdirilib. Şəhər İcra Hakimiyyəti başçısının birinci  müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, energetiklər şəhərinin mədəni potensialından danışıb.  Bildirib ki, layihə ölkəmizin bütün regionlarını əhatə etməklə həmin ərazilərin mədəni zənginliyini,  xalq  sənətkarlığı irsini  yaxından öyrənməyə  imkanı yaradır.  Festivalın yay mövsümündə keçirilməsi isə ölkəmizə gələn həm xarici qonaqlara da  regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı yaradır. 

Mədəniyyət Nazirliyinin keçirdiyi yaradıcılıq festivalının  Mingəçevir şəhərində təşkil edilən mərhələsi də maraqlı anlarla yadda qalıb.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR