Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

16-07-2018 | 11:34        

  

Ermənistan nəinki üzləşdiyi dərin iqtisadi böhrandan çıxa bilmir, ölkədə ictimai-siyasi sabitlik də uzun illərdir bərqərar olmur. Hətta hökumət dəyişikliyi də vəziyyəti yaxşıya doğru dəyişməyib. İşğalçı ölkədə hələ də istefa şüarları səslənir. Vətəndaşlar bütün ermənilərin katolikosunun ali dini lider vəzifəsindən imtinası ilə yanaşı cinayət məsuliyyətinə cəlb olunmasını da tələb edirlər.

Ermənistanda bütün ermənilərin katolikosu II Qaraginə qarşı etirazlar “məxməri inqilab”dan sonra başlayıb. Aksiya iştirakçıları həttə  “Yeni Ermənistan, yeni patriarx” hərəkatı da yaradıblar. Hərəkat üzvləri II Qaragini Serj  Sarkisyanın ən yaxın adamı və əlaltısı hesab etdikləri  üçün onu bu postda görmək istəmirlər. Patriarxın istefasını tələb edən aksiya iştirakçıları bu dəfə Qndevanka getməyə çalışan katolikosun kortejini mühasirəyə alıblar. Bu barədə “Novosti Armeniya” rahibin mətbuat katibi Vaqram Melikyana istinadla məlumat yayıb. Rahib bildirib ki, dini lider təhlükə qarşısındadır. Aksiya iştirakçıları onun avtomobilini mühasirəyə almaqdan ötrü Qndevanka gedən yolu maşınlar və daşla kəsiblər. Etirazçılar Qaragini istefaya getməyə çağırıblar. Polisin xəbərdarlıqları da fayda verməyib. Bu səbəbdən çarəsiz qalan II Qaragin uzun məsafəni piyada qət etməyə məcbur olub. Bir qrup hərəkat üzvü isə Eçmiədzində mitinq keçirilib. Etirazçıların əsas tələbi bütün ermənilərin katalikosi II Qaraginin istefası ilə yanaşı onun cinaət məsuliyyətinə cəlb olunmasıdır. “Yeni Ermənistan, yeni patriaxt” hərəkatını din xadimləri dəstəkləyirlər. Onlar uzun illərdir kilsə üçün çalışdıqlarını, bunun müqabilində cüzi əmək haqqı aldıqlarını deyirlər. Halbuki, erməni diasporu hər il dini məbədləri saxlamaq üçün milyonlarlar dollar ianə ayırır. Bu pullar isə II Qaragin və ona yaxın adamlar tərəfindən mənimsənilir. Ayrılan ianələr həm də kilsələrin təmirini nəzərdə tutur. Bu sahədə də heç bir iş aparılmayıb. Ucqar kəndlərdə olan qədim məbədlər artıq dağılmaq üzrədir. Aksiya iştirakçıları onu da deyirlər ki, bütün ermənilərin ali dini lideri 10 il əvvəlin martında dinc nümayişlərin zorakılıqla dağıdılmasında hökumətə xeyir-dua verib. Bu səbəbdən də ermənilər onu  istefasını tələb edirlər. Hərəkat üzvləri düşünürlər ki, Paşinyan və onun komandasına katolikosa qarşı mitinqlərə daha çox diqqət ayırmaq lazımdır. Yeni hökumətin onlara dəstək verməməsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Paşinyanın özü isə hesab edir ki, dövlət və kilsə bir-birindən ayrıdır. Onlar bu münaqişəyə müdaxilə edə bilməzlər. Kotayk vilayətinin Vartavar icmasında isə sakinlər Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyanın qardaşı və qardaşı oğlunun həbs olunması tələbi ilə aksiya keçirirlər. Onlar 13 yaşı qızı və atasını döyməkdə günahlandırılırlar. Karen Qasparyan və Sergey Qasparyan polis əməkdaşlarıdır. Onlar Vartavarın məhlələrinin birindən keçərkən maşına su atan 13 yaşlı qızı döyüblər. Bu an ərazidəki təhlükəsizlik kameralarına düşüb. Qızını Qasparyanların əlindən almağa çalışan ata da zorakılığa məruz qalıb. Onu yaşadıqları malikanəyə apararaq üzr istəməsini tələb ediblər. Faktla bağlı baş prokurorluğa müraciət olunsa da şikayətə baxan yoxdur. Kənd sakinləri deyirlər ki, belə ölkə olmur. Hökumət dəyişdi deyə sevinsələr də yenə Ermənsitanda haqsızlıq və qanunsuzluq mühiti höküm sürür. Baş nazir isə pafoslu çıxılşarı ilə özünü ifşa edir. Brüsseldə keçirilən NATO sammiti çərcivəsində Nikol Paşinyan ölkə əhalisinin əhvalını qaldırmağa qərar verib. O bildirib ki, yeni hakimiyyət korrupsiya ifşaları sayəsində bir neçə milyon dollarlıq ziyanın qarşısını ala bilib. Baş nazirin nümayəndəsi də bundan əvvəl  bənzər açıqlama vermişdi. O, əməliyyatlardan sonra 18 milyard dramın dövlət büdcəsinə geri qaytarıldığını elan edib. Bu isə yoxsul erməniləri çox sevindirib. Onlar bu sayədə həm maaş, həm də pensiyalarında artım olacağına ümid etməyə başlayıblar. Lakin sadə xalqın sevinci qısa sürüb. Maliyyə Nazirliyinin nümayəndəsi rəsmi şəkildə elan edib ki, büdcəyə heç bir vəsait daxil olmayıb. İndi ermənilər baş nazirin bəyanatına da nazirlikdən açıqlama gözləyirlər: Paşinyanın dediyi doğudur ya növbəti piar gediş? Erməni ekspertlər isə iddia edirlər ki, Amerika valyutası çoxdan ölkədən “qaçıb”. Onu axtarıb geri qaytarmaq isə mümkün deyil. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR