Siyasət

Gəncə hadisələri xaricdəki anti-Azərbaycan dairələr tərəfindən təşkil edilib

12-07-2018 | 18:33        

  

İyulun 3-ü və 10-da Gəncədə həyata keçirilən terror aktlarının ilkin təfərrüatları belə bir qənaətə gəlməyə əsas verir ki, bu hadisələr  xaricdəki anti-Azərbaycan dairələr tərəfindən təşkil edilib və vəziyyəti idarə etməyə çalışıblar. Bununla da növbəti dəfə Azərbaycanda vətəndaş qarşıdurması, milli, etnik, dini ayrıseçkilik yaratmaqla ölkədəki mövcud sabitlik və tolerant mühitə zərbə vurmağa cəhd etdilər. Möhkəmlənən müstəqillik, qazanılan uğurlar, gündən-günə güclənən, regionda sabitlik faktoru və əməkdaşlıq məkanına çevrilən Azərbaycan şübhəsiz ki, həm daxildə, həm də xaricdə bəzi dairələrdə qıcıq doğurur. Odur ki, bədxahlarımız belə ekstremal vəziyyətlərdə daha da fəallaşır, təxribatlar törətməklə Azərbaycanın müsbət imicinə xələl gətirmək istəyirlər. İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzadan dərhal sonra Gəncə şəhərində terror törədilməsi də bu baxımdan təsadüfi deyildi. Daha sonra əvvəlcədən planlaşdırılan ssenarinin növbəti hissəsi – Gəncədə iğtişaş törətmək cəhdi işə salındı. Xaricdəki anti-Azərbaycan mərkəzlərin əvvəlcədən hazırlanmış təxribat planının hədəfi isə sözsüz ki, fərdlər deyil, regionda və dünyada sabitlik adası kimi xarkterizə olunan Azərbaycan, onun müstəqillyi idi.

Əlbəttə, cinayətkarların qidalandıqları mənbələri hadisənin özündən də təxmin etmək mümkündür. İğtişaş törətməklə ictimai-siyasi sabitliyi pozmaq, ölkədə ajotaj yaratmaq onların əsas məqsədi idi. Uzaq və yaxın xaricdən aldıqları bu sifarişləri yerinə yetirmək üçün din pərdəsinə bürünən cinayətkar ünsürlər ictimai-siyasi sabitliyi pozmaq üçün mümkün olan bütün çirkin vasitələrdən istifadə etdilər. Kriminal elementlərdən ibarət, dini fanatizm pərdəsi altında gizlənən iğştişaş iştirakçıları hətta ictimai asayiş keşikçilərini vəhşicəsinə qətlə yetirməkdən belə çəkinmədilər. Ancaq qarşılarında müstəqilliyi, dövlətçiliyi qanları bahasına olsa belə qorumağa qadir Azərbaycan vətəndaşı-Azərbaycan polisini gördülər və nəticədə çirkin niyyətlərinə nail ola bilmədilər.

Terror  və iğtişaş zamanı xarixdəki bəzi sosial şəbəkələr üzərindən yaımlanan təxribat xarakterli informasiyaların bu günün özündə də davam etməsi şübhəsiz ki,çox mətləblərdən xəbər verir və bu təsadüi deyidi. Məsələn, Nuraz.com,Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com, Ru-clip.ru və bu kimi digər saytların kimlərə məxsusluğu və nəyə görə Azərbaycana qarşı kampaniya aparmaları məlumdur. Bu resurslara xaricdəki hansı dairələr, şəxslər, separatçı qüvvələrin dəstək verməsi və apardıqkları ideoloji təxribatın auditoriyası da aydındır. Yeri gəlmişkən burda bir məqamı xüsusi qeyd etmək lazımdır. Həmin günlərdə və sonralar separatçılar, radikal dindarlar, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”inin sinxronlaşdırılmış ideoloji təxribatı faktı üzə çıxdı. Xaricdəki xarici anti-Azərbaycan qüvvələrin mənfur niyyətlərini bəlkə də anlamaq olar. Ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil. Lakin hadisələr göstərdi bu cür anti-Azərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə heç bir təsiri yoxdur və ola da bilməz. Çünki, Azərbaycan cəmiyyəti dövlətçiliyi ilə bir yerdədir, dövlət xalqının maraqlarının təminatçısı kimi çıxış edir.

Şübhəsiz ki, sosial şəbəkələrdə terror aktı, iğtişaş törədənlərin təqdir edilməsi, din pərdəsi altında qatı cinayətkarlara dəstək, habelə hakimiyyət orqanlarına, dövlətə qarşı çağırışlar səsləndirilməsi qanunların kobud şəkildə pozulmasıdır. Çox təəssüflər ki, bəzi müxalif dairələr, nəzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Gəncə şəhərində baş vermiş hadisələrdən yararlanmağa çalışırlar.Təbii ki, bunun qarşısını almaq üçün dövlətin üzərinə hansı vəzifələr düşür onu da yerinə yetirir,hüquq mühafizə orqanları belə çağırış edənlərə qarşı ciddi tədbir görməlidir və görürür. Burada Azərbaycan mediası, sosial şəbəkə istifafəçiləri xaricdəki anti-Azərbaycan informasiya resursları və onların arxasında duran qüvvələrin ifşa edilməsi üçün nə etməlidirlər sualı da böyük aktuallıq kəsb edir.

 

Beləliklə, Gəncədə baş verənlər bir daha göstərdi ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər heç vaxt çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Çünki, müstəqilliyinin qısa tarixi ərzində Azərbaycan bu cür təxribatları dəfələrlə dəf edib. Digər tərəfdən bu gün dünyanın aparıcı ölkələri ilə bir sırda dayanan, uğurlu inkişaf olu keçən Azərbaycan dövləti ilə təzyiq və güc yolu ilə danışmaq sadəcə mümkünsüzdür. Azərbaycan dövləti, dövlətçiliyin isə bir məqsədi var: Milli maraqlarımızı yetərincə qorumaq, müstəqilliyi əbədi və dönməz etmək. Ona görə də hər kəs, hər bir Azərbaycan vətəndaşı hər zaman olduğu kimi dövlətinin, onun liderinin yanındadır və qətiyyətli milli iradə nümayiş etdirir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR